A
1 Abraziya-dəniz,göl
və böyük su anbarı sahillərinin dalğa və ya ləpədöymə nəticəsində dağılmasına və
yuyulmasına deyilir.
2 Albedo-
müəyyən cismin səthinə düşən günəş şüasının onun səthindən əks olunan şüaya
faizlə nisbətinə deyilir.ən böyük albedo qar səthində yaranır(yəni əks
etdirir.)
3 Allüvial çöküntülər- daömi və müvəqqəti çayların topladığı çöküntülərdir.
4 Amplituda-hava
temperaturunun və atmosfer təzyiqinin gündəlik,aylıq və ya çoxillik ən alçaq və
ya ən yüksək göstəriciləri arasındakı fərqi ifadə edən kəmiyyətdir.
5 Arid iqlim-isti
və quraq iqlimdir.
6 Arxipelaq-bir-birinin
yaxınlığında yerləşən adaların qurupuna deyilir.
7 Atoll-adaların
xüsusi bir növüdür.Atol adətən halqa formada olur,su altında olan vulkan kraterlərində
də yaranır.Atoll mərcan mənşəlidir.
8 Aşınma-yer
səthində istiliyin,suyun və orqanizmlərin təsiri altnda suxurların xırdalaşması
və dəyişməsi prosesidir.
B
9 Bar-meteorologiyada
təzyiq vahidi olub,1 milyon dinanın(dn) 1sm2-ə təzyiqinə bərabərdir.
1 Barrik pillə-yuxarı
və ya aşağı hərəkət etdikdə(coğrafiyada) hər 10 m-də 1mm dəyişən təzyiq mərtəbəsinə
deyilir.
1 Barxanlar-səhralarda
küləyin təsiri ilə yaranan oraqvari qum təpələridir.
1 Başlanğıc meredian-0-cı meredian və Qrinviç meredianına deyilir.(hər
üçü eyni meredian xəttidir).
1 Bərzəx-iki
böyük quru sahəni birləşdirən ensiz quru zolağına deyilir.(Panama və Suveyiş).
1 Boğaz-iki
quru sahəni bir-birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən su
hövzəsidir.
1 Brizlər-dəniz,göl
və böyük çayların sahillərində gündüz dənizdən,gecə isə qurudan əsən yerli küləklərdir.(sutkada
istiqamətini iki dəfə dəyişir).
1 Buzlaq erroziyası (aşınması)-ekzarasiya adlanır.Ekzarasiya prosesinin yaratdığı
relyef formaları(troqlar,təknəvari dərələr,karlar,sirklər və morenlər).
V
1 Vadi-müvəqqəti
axarlı çayların ətrafında adətən yaranır.Bəzən vadidən bir neçə çayda axır.
1 Vadoz su-atmosfer
mənşəli yeraltı suya deyilir.
1 Vahə-səhralarda
və yarımsəhralarda daha çox yaranır.Yeraltı su səthə yaxın olduqda,yer səthində
yaşılıq olur.belə yerlər vahə adlanır.Antarktidada isə buzlaqdan azad olmuş sahələrə
deyilir vahə.
Q
Qar xətti-qar
xətti dağlarda yaranır.qarın ərimədiyi sərhəd.Qar xəttindən yuxarı daima qarla
örtülü olur,aşağılar isə qardan azad olur.
2 Qeyzer-müasir
vulkan sahələrində dövri surətdə su və buxar püskürən bulaqlar.
2 Qobu-yarğanın
sonrakı vəziyyəti.(yəni müvəqqəti sular yarğan əmələ gətirir,sonra yarğan ot
bitkiləri ilə zənginləşir,ətraflar uçur.belə yerlər qobu adlanır).
D
2 Daimi donuşluq-yer
qabığının üst hissəsində uzun müddət donmuş suxur layına deyilir.(Avrasiya və
Şm Amerikanın şimalında belə yerlər daha çoxdur).
Dekret vaxtı-saatın
1 saat irəli və ya geri çəkilməsinə deyilir.
2 Delta-çayın
mənsəbində çay çöküntülərindən əmələ gələn düzənlikdir.Mənsəbdə çay şaxələnir.İlk
delta anlayışı Nil çaynın mənsəbinə aid edilmişdir.(yunan hərfi delta işarəsinin
adından götürülüb-ona oxşadığı üçün).
2 Depressiya-yer
səthində forma və mənşəyindən asılı olmayaraq dibi okean səviyyəsindən aşağıda
yerləşən çökəyə deyilir.Məsələn:Xəzər dənizi,Ölü dənizi,Turfan çökəyi).
2 Defilyasiya-(üfürülmə
deməkdir) küləyin dağıdıcı fəaliyyəti nəticəsində hərəkətə gətirilmiş mineral və
suxurların səthini dəlik-deşik etməsi,yonmaı və cilalanmasına deyilir.
E
2 Ekzarasiya- bax,
buzlaq termininə.
2 Ekologiya-canlı
və cansız təbiətin bir-birinə təsirini öyrənən elmə deyilir.
3 Endemik-təbii
halda müəyyən bir coğrafi sahədə yayılmış bitki və heyvan növüdür.( məs,: dəmirağac,evkalipt
ağacları bitdikləri ərazi üçün endemik ağac hesab olunur)
3 Episentr-zəlzələnin
yer səthində yayıldığı sahəyə deyilir.
3 Erroziya-axarlı
sular vasitəsi ilə suxurların aşınması prosesidir.
Ə
3 Əhalinin sıxlığı-ölkə
əhalisininin sayının,ölkənin ərazisinə nisbətinə deyilir.
Z
3 Zenit nöqtə-baş
üstündə uca nöqtə.Günəş tropiklər arasında zenitdə olur.
İ
3 İqlim-havanın
müəyyən bir əraazidə çox illik təkrarlanmasına deyilir.
3 İzoxətlər:İzobar,İzogiyet,İzoterm,İzoqamin,İzobat,İzoqalin,İzogipis,İzoseystlər.
3 İzobar-xəritədə
eyni təzyiqə malik olan nöqtələri birləşdirən xəttə deyilir.
3 İzogiyet-eyni
yağıntıya malik olan nöqtələri birləşdirən xətt.
3 İzoterm-eyni
temperatura malik olan nöqtələri birləşdirən xətt.
4 İzoqamin-eyni
buxarlanmaya malik olan nöqtələri birləşdirən xətt.
4 İzobat-eyni
(sularda) dərinliyə malik olan nöqtələri birləşdirən xətt.
4 İzoqalin-eyni
duzluluğa malik olan nöqtələri birləçdirən xətt.
4 İzogipis-eyni
hündürlüyə malik olan nöqtələri birləşdirən xətt.(horizontallar izogipslərdi).
4 İzoseystlər-eyni
zəlzələ gücünün müşahidə olunduğu əraziləri birləşdirən xətt.
4 İntruziya-maqmanın
yer qabığının qatları arasına soxulması və orada soyuyub maqmatik kütlələr əmələ
gətirməsi prosesinə deyilir.(məsələn: dərinlik maqmatik suxuru,qranitdir).
4 İnfiltirasiya-yerüstü
suların suxurların məsamələri və boşluqları vasitəsi ilə yerin alt qatlarına
hopub keçməsinə deyilir.
4 İnversiya-(çevrilmə)temperaturun yuxarıya doğru azalması əvəzinə
artmasıdır.İnversiyanın 2 forması var.1.oroqrafiq inversiya(relyefdən asılı
olaraq temperatur dəyişir),2.advektiv inversiya (hava cəbhələrinin təsiri ilə(isti
və soyuq cəbhələr) dəyişir).
Y
4 Yararsız torpaqlar-bedlend adlanır.
4 Yerli vaxt-eyni
meredian üzərində olan vaxt.
K
5 Kaldera-diametri
1500-2000 m-dən böyük olan kraterə deyilir.
5 Kaskad-
şəlalərə aiddir.hündürdən tökülən ardıcıl bir neçə şəlaləyə deyilir.
5 Kontinental iqlim-quraq
iqlim.
5 Krater-vulkan
konusu.
G
5 Geoid-yerin
həqiqi özünəməxsus formasıdır.(girintili çıxıntılı deməkdir).
5 Geosinklinal-yerin
hərəkətli mütəhərrik sahəsinə deyilir.zəlzələlər və vulkanlar belə ərazilərə
uyğun gəlir.
5 Getermik pillə-yer
qabığında hər 33 m-də temperaturun 10C –i dəyişdiyi mərtəbəyə
deyilir.
5 Gilavar-Azərbaycanda
cənub və cənub şərqdən əsən küləklər.
L
5 Lava-yer
səthində axan vulkanik axın.
5 Landşaft-(
təbii görünüş) –torpaq bitki.
M
6 Maqma-vulkan
boğazında hərəkətdə olan isti ərinmiş kütlə,axın.
6 Materik dayazlığı-şelf.(meyillik
10 dərəcə,dərinlik 200 m-ə qədər olan,sualtı relyef).
6 Meandr-əyriliyi
daha çox olan çay yatağı.
6 Moren-bax.buzlaq
erroziyasına.
6 Musson-ildə
istiqamətini iki dəfə dəyişən külək.yayı rütubətli olur.
N
6 Normal təzyiq-760mm
civə sütununa bərabər olan təzyiq(0metr,00C temperatur,450-lik
paraleldə 1sm2metrə düşən təzyiq---1kq 33qram=760mm-ə)
6 Nivelir-nisbi
hündürlüyü ölçən alət.
O
6 Okeanologiya-fiziki
coğrafiyanın sahələrindən biridir, okeanlar və dənizlər haqqında elimdir.
P
6 Pampa-Cənubi
Amerikanın çöllərinin yerli adıdır.
6 Paramos-Cənubi
Amerikada dağ çöllərinə deyilir.
7 Pik-dağın
ən hündür və iti uclu zirvəsinə deyilir.
7 Plato-səthi
hamar və ya dalğalı, süxur layları üfüqi yatmış və ətrafındakı düzənliklərdən
dik yamaclar ilə ayrılmış yüksəkliyə deyilir.
7 Polderlər-Niderlandda
və AFR-də şimal dənizinin sahilboyunda dəniz səviyəsindən alçaqda yerləşən
marşların-ovalıqların quruldulmuş və mənimsənilmiş sahələrinə deyilir.
7 Preri-Şimali
Amerikada çöllərə deyilir.
R
7 Reqressiya-qurunun
qalxması, okean dibinin çökməsi və ya Dünya okeanında su həcminin azalması nəticəsində
dənizlərin çəkilməsi hadisəsinə deyilir.
7 Relik-fauna
və flora qalıqlarına relikt deyilir.
7 Rumb-dənizçilər
istiqamətə rumb deyirlər.
S
7 Salza-palçıq
vulkanınnan axan lavaya deyilir.
7 Selvas-Cənubi
Amerikada, Amazon ovalığının rütubətli tropik meşələrinə deyilir.
7 Səmum-Ərbistan
yarımadasının səhralarında və Şimali Afrikada böyük qüvvə ilə əsən isti və quru
küləklərə deyilir.
8 Siklon-fırlanıram
deməkdir.
8 Skreb-Avstraliyanın
quraqlıq rayonlarında həmişəyaşıl kol bitkilərindən, xırda evkalipt və akasiya
ağaclarında ibarət meşələrə deyilir.
8 Step-mülayim
qurşağın landşaft tiplərindən biridir.
8 Sublimasiya-fizikada
maddənin bərk halından maye halına keçmədən birbaşa qaz halına və ya əksinə,
qaz halından birbaşa bərk halına keçməsinə deyilir.
T
8 Tayqa-mülayim
qurşağın iynə yarpaqlı meşəsi.
8 Tayfun-asiyanın
cənubunda və şərqində baş verən tropik zona siklonudur.
8 Takır-Orta
Asiyada gilli səhralar.sürətlə quruyaraq cadar –cadar olur.
8 Termik pillə-havanın
temperaturunun 10C və ya 60C dəyişməsi üçün tələb olunan
metrlə məsafəyə deyilir.
8 Terras-yamaclarda
və yaxud çay yataqlarında əmələ gələn pilləvari relyef .
8 Toponomika-coğrafi
adların mənşəyini öyrənən elmdir.
9 Troq-buzlaq
mənşəli relyef.(dik yamacları və batıq dibi olan dərə).
9 Tundura-meşə
zonasından şimalda mamır,şibyə,alçaq kol və yarımkol bitkiləri olan,meşəsiz
landşaft zonasıdır.
U
9 Üzvi aşınma-canlı
orqanizmlərin suxurlara təsiri deməkdir.
F
9 Fay-suxurların
qırılaraq pilləvari aşağı düşməsidir.
9 Fauna-1)
yer kürəsinin müəyyən bir coğrafi sahəsində tarixən meydana gəlmiş heyvanlar aləminin
məcmusudur.2)suxurların və ya çöküntü qatlarının arasında olan orqanizm
qalıqları məcmusudur.
9 Fiord-ensiz,dərin,qurunun
içərisinə çox daxil olmuş,girintili çıxıntılı,yamacları hündür,dik və qayalıq dəniz
körfəzinə deyilir.Skandinaviya sahillərində daha çoxdur.(Soqne-Fiordu).
9 Flora-bitkilər
məcmusudur.
9 Fön-Dağ-dərə
küləklərinə deyilir.
X
9 Xəzri-Abşeron
yarmadasında əsən şimal küləyi.
H
9 Horizontal-(izogipslər)
xəritələrdə eyni hündürlüyə malik olan nöqtələri birləşdirən xətt.
Humud iqlim-rütubətliliyi artıq olan iqlim.
Humus-zəngin çürüntü qatı.(münbit
torpaq).
Ç
Çeşmə-bulaq mənasında işlənən sözdür.
C
Coğrafi koordinatlar-məntəqənin enlik
və uzunluq qiymətlərinə deyilir.
Ş
Şelf-materik
dayazlığı.
çox gözəl (y) . Dahada artırılsın
YanıtlaSilCooooox gozel xosuma geldi halaldi habil deyen adin habil di saytin adinda eledi halalsdi cox sagol hamsini defterime kocurecdem bunu hardan tapmisan qaqa cavab ver zehmet olmasa
YanıtlaSilÇox yaxşı amma azdı mence
YanıtlaSilÇoxx gözəl verilib halaldı valla
YanıtlaSilCox iiyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
YanıtlaSil👍
YanıtlaSil